Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov İƏD üzrə nümayəndələrlə videokonfrans keçirərək İƏD üzrə nümayəndəliklərə əhalinin "evdəqal" kompanyasına riayət etmələrini, əhalinin yas mərasimlərinə kütləvi şəkildə getməmələrini və sakinlərin ciddi zərurət olmadığı halda evdən çıxmalarının qarşısını almaq məqsədi ilə lazımı işlərin aparılmasının vacib olması ilə bağlı lazımi göstəriş və tapşırıqlarını verdi.
Cənab başçı qeyd etmişdir ki, Goranboy rayon ərazisində Xocalı rayonundan olan 1027 məcburi köçkün ailəsi məskunlaşmışdır. 01.04.2020-ci il tarixdən 01.05.2020-ci il tarixə qədər müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə Xocalı rayonundan olan 313 aztəminatlı ailəyə maddi yardım verilmişdir.
Göndərilən yardımlar Rayon İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş siyahı üzrə aztəminatlı ailələrə yaşadıqları ünvanlarda çatdırılmışdır. Humanitar yardımların ailələrə verilməsi ədalət prinsipi əsas götürülərək heç bir neqativ hallara yol verilmədən icra olunmuşdur.
Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçıları ilə keçirdiyi video konfransdan ətraflı söz açdı, cənab Prezidentin son aylarda gördüyü işlərlə bağlı İƏD üzrə nümayəndələrə ətraflı məlumat verdi. Həmçinin Şahmar Usubov 04.05.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qurupunun videokonfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşünə dair tezislər haqqında da danışdı.
Daha sonra cənab başçı İƏD üzrə nümayəndələrə söz vedi. İƏD üzrə nümayəndələr COVİD 19 pandemiyasının qarşısının alınması ilə bağlı əhali arasında aparılan təbliğat işləri haqqında məlumat verərək, aztəminatlı ailələrə verilən yardımın vaxtında, ədalət prinsipi əsasında çatdırılmasını qeyd etdilər. Ölkə rəhbərliyi tərəfindən pandemiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə geniş və ətraflı danışdılar.
Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılmasını təmin etmişdir. Ancaq təəssüf ki, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi zəruri olmuşdur.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
Sonda isə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov İƏD üzrə nümayəndəliklərə vətəndaşların qəbulu zamanı onlara olduqca həssas yanaşmağa və problemlərinin həlli istiqamətində lazımi tədbirlərin görülməsinin vacib olduğunu onlara ciddi şəkildə tapşırmışdır.